Husilər Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməklə bağlı bəyanat verib

Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanı hökumətinə xəbərdarlıq edib və Yaxın Şərqdəki münaqişəyə müdaxilə edə biləcəyi ilə bağlı bəyanat verib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin “SABA” informasiya agentliyi hərəkat lideri Abdul-Malik al-Husiyə istinadən yazıb.

“Biz tərəddüd etmədən öz dini borcumuzu yerinə yetirəcəyik və dövrümüzün zülmkarlarına — yəhudilərə, sionistlərə və onların amerikalı tərəfdarlarına qarşı mübarizə aparacağıq”, - deyə o bildirib.