İmran Xan Putinin Məhəmməd peyğəmbərlə bağlı fikrini təqdir edib
11:21 17.01.2022
Dünya
826
Rusiya Prezidenti Vladimir Putinlə Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya-Pakistan əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, enerji və humanitar sahələrdə inkişaf etdirilməsi, habelə koronavirus infeksiyasının yayılması ilə mübarizə məsələləri müzakirə edilib.
İmran Xan Rusiya Prezidentinin dekabrın 23-də illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və ya sosial qrupun ləyaqətini alçaltmaq kimi hər hansı hərəkətin yolverilməzliyi ilə bağlı bəyanatına Pakistan cəmiyyətində və bütövlükdə müsəlman dünyasında geniş dəstək verildiyini vurğulayıb.
Bu kontekstdə Vladimir Putin xatırladıb ki, Rusiya Federasiyası tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olub, burada müxtəlif dinlərə, o cümlədən islam dininə mənsub xalqlar ənənəvi olaraq birgə yaşayır və qarşılıqlı fəaliyyət göstərir.
Liderlər təmasların davam etdirilməsi barədə razılaşıblar.
Qeyd edək ki, Vladimir Putin illik mətbuat konfransında bildirib ki, Məhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi