İndoneziyada koronavirusla yoluxmada anti-rekord qeydə alınıb

İndoneziyada həkimlər son sutka ərzində 21 mindən çox COVID-19 ilə yoluxma qeyd ediblər ki, bu da ölkə üçün yeni bir anti-rekord oldu.

Trend-in məlumatına görə, ümumilikdə, pandemiya zamanı 2,1 milyondan çox yoluxma faktı aşkar edilib, 57 138 xəstə COVID-19-un yaratdığı fəsadlardan ölüb.

İndoneziya hakimiyyəti yoluxmaların artması xəstəxanaların xəstə axınının öhdəsindən gəlməməsinə səbəb olacağından qorxur.