İordaniyada dövlət çevrilişinə cəhd ilə bağlı istintaq davam edir
15:48 04.04.2021
Dünya
525
İordaniyanın sabiq vəliəhd şahzadəsi Həmzə bin Hüseynin ev həbsinə məhkum edilməsi ilə əlaqədar ölkənin xarici işlər naziri Ayman Səfədi mətbuata açıqlama verib.
AZƏRTAC rəsmi Petra agentliyinə istinadla xəbər verir ki, nazir krallıqda dövlət çevrilişinə cəhd olduğunu və hazırda istintaqın davam etdiyini bildirib. Onun sözlərinə görə, kəşfiyyat orqanlarının səyləri nəticəsində çevrilişin qarşısı alınıb və məhkəmənin qərarı ilə 16 nəfər barəsində həbs qəti imkan tədbiri seçilib. Səfədi əlavə edib ki, şahzadə Həmzə ölkədə sabitliyi pozmaq istəyən xarici güclərlə əlaqəyə girib. Həbs edilən şəxslərin arasında hərbçi yoxdur.
Şahzadə özünün videomüraciətində ev həbsində olduğunu söyləsə də, müdafiə naziri, general Yusif Hüneyti bunu təkzib edib və qeyd edib ki, Həmzə ilə sadəcə söhbət aparılıb, ondan ölkənin təhlükəsizliyinə və ictimai-siyasi sabitliyinə zərər verəcək addımlardan çəkinmək tələb olunub.
Qeyd edək ki, Həmzə bin Hüseyn Kral Abdullanın atabir qardaşıdır və o, 2004-cü ildə vəliəhd şahzadə titulundan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya