“iPad” evdə yanğına səbəb olub
19:18 04.04.2021
Dünya
570
Nasaz "iPad" planşeti evdə yanğına səbəb olub. Bu barədə "The Register" nəşri məlumat yayıb.
Sherg.az ictnews.az-a istinadən bildirir ki, yanğın Pensilvaniya ştatının Milford şəhər sakini Maykl Makaluzonun evində olub. Hadisə 2020-ci ildə baş versə də, zərərçəkmiş tərəf "Apple" şirkətini indi məhkəməyə vermək qərarına gəlib. "de Luca Levine" hüquq şirkəti ABŞ şirkətindən dəymiş zərəri ödəməyi tələb edir. İddia əvvəlcə Filadelfiya Dairə Məhkəməsinə təqdim edilib, daha sonra Pensilvaniya Federal Dairə Məhkəməsinə göndərilib.
Sənəddə qeyd olunur ki, yanğın qurğunun enerji təchizatı sistemində nasazlığa görə başlayıb. Zərərçəkmişə artıq "Allstate Insurance" şirkəti tərəfindən ödəniş edilib. Ziyan 142 min dollar dəyərində qiymətləndirilib. Bu dəfə isə sığorta şirkətinin hüquqşünasları "Apple" korporasiyasından qüsurlu məhsulun satılması faktını etiraf etməyi və xərcləri kompensasiya etməyi tələb edirlər.
Ekspertlərin rəyinə görə, ABŞ sakini planşetdən təlimata uyğun istifadə edib. O, qurğunu modifikasiya etməyib və onun korpus və akkumulyatorunu zədələməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya