İran hərbçiləri yeni gəmiəleyhinə raketi birbaşa ABŞ-a məxsus aviadaşıyıcının üzərində sınaqdan keçiriblər. Yeni hazırlanmış raket ilk dəfə tətbiq olunub. Bu barədə İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bildirib.
Sherg.az xəbər verir ki, onun sözlərini Press TV yayıb.
Məlumata görə, İran raketi tamamilə yeni xüsusiyyətlərə malikdir. Raket esmineslərlə toqquşmaq üçün nəzərdə tutulub. Lakin keçirilmiş sınağın nəticələri açıqlanmayıb.
“Rzai bildirib ki, 48 saat əvvəl İran ilk dəfə özünün esminesəleyhinə raketini sınaqdan keçirib”, - telekanal xəbər verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ hərbçilərinin Hörmüz boğazının mühafizə olunan zonasına pilotsuz suüstü aparat göndərməyə cəhd etdiyini bildirib.
Buna cavab olaraq İran tərəfi pilotsuz aparata hücum edərək onu dayandırıb.
Tehranda pilotsuz aparatın ABŞ Silahlı Qüvvələrinə məxsus olduğu iddia edilərək ABŞ hərbçiləri “terrorçu” adlandırılıb.