İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

İran ordusu Hörmüz boğazının girişində ABŞ ordusuna aid “Saildrone” tipli və 5838 gövdə nömrəli casus pilotsuz sualtı qayığı vuraraq zərərsizləşdirib.

APA xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Sərdar Əzmayi məlumat verib.

İran mediası vurulan sualtı qayığın görüntülərini yayıb.

Qeyd edək ki, bu sualtı qayıq külək və günəş enerjisi ilə işləyən, okean məlumatlarının toplanması, dəniz təhlükəsizliyi və xəritəçəkmə üçün nəzərdə tutulmuş pilotsuz dəniz aparatıdır.