İran bir sıra ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq edib

İran hakimiyyəti 24 ABŞ vətəndaşını terrorizmə və insan haqları pozuntularına dəstək verdiyi üçün sanksiya siyahısına əlavə edib.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu şəxslər  İran xalqına və hökumətinə qarşı ABŞ-ın birtərəfli qeyri-qanuni sanksiyalarının tətbiqində, terror qruplaşmalarının və terror aktlarının maliyyələşdirilməsində və dəstəklənməsində iştirak edirlər.  Bu hərəkətlər beynəlxalq hüququn fundamental prinsiplərinin və insan hüquqlarının pozulmasıdır və insanlığa qarşı cinayətin bariz nümunəsidir", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, sanksiya siyahısına daxil edilən şəxslərin əksəriyyəti Donald Trampın prezidentliyi dövründə ABŞ dövlət qurumlarında çalışıb.