İran dəyişən deyil! - “Molla rejimi islahatlar həyata keçirmir”
Banuçiçək Kalbalıyeva
12:26 18.06.2021
Dünya
668
“Odur ki, kimin prezident seçilməsindən asılı olmayaraq, bunun cəmiyyətin inkişafı istiqamətində müsbət təsiri olmayacaq”
İranda 13-cü prezident seçkilərində səsvermə davam edir. Dövlət başçısı vəzifəsi uğrunda dörd siyasətçi mübarizə aparır. İranın daxili işlər naziri Əbdülrza Rahmani Fəzlinin bəyanatına görə, seçkilərin ilkin nəticələri səsvermənin tamamlanmasından iki gündən gec olmayaraq elan ediləcək. Xaricdəki İran vətəndaşları dünyanın 133 ölkəsində səs verə bilərlər. Ölkədən xaricdə 234 seçki məntəqəsi açılacaq. İranın səsvermə hüququ olan vətəndaşlarının ümumi sayı 52,31 milyon nəfərdir.
Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub. Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.
İslam Respublikasının hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak hüququna malik deyil. Çünki o, bu vəzifəni ardıcıl iki dəfədir icra edir.
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli seçkilərin nəticəsi barədə “Sherg.az”a danışdı. Onun fikrincə, bu, formal xarakter daşıyır:
“Son vaxtlar islahatçılar fəallaşıblar. Amma İranda islahat aparmaq faktiki olaraq çətindir. Çünki dini qurumların yerli idarəetmə sisteminə ciddi təsiri var. Düzdür, əvvəllər olduğu kimi, yenə də ajiotaj yaradırlar. Guya islahatçılarla mühafizəkarlar arasında ciddi mübarizə gedir. Əslində isə həmin açıqlamalar təmtəraqlı ifadələrdən başqa bir şey deyil. Cəmiyyət arasında inkişafa meyil var. Çünki daxili iqtisadi vəziyyət çox ağırdır. Fəqət, molla rejimi islahatlar həyata keçirmir. Odur ki, kimin prezident seçilməsindən asılı olmayaraq, bunun cəmiyyətin inkişafı istiqamətində müsbət təsiri olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Yaxın Şərqdə geniş atəşkəs çağırışı edib
23:40 18.06.2026
Gündəm
Bakı–Naxçıvan reysləri ləğv edilib
23:18 18.06.2026
İnfrastruktur
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
22:57 18.06.2026
Dünya
Neymar Haiti ilə oyunu buraxacaq
22:36 18.06.2026
Futbol
Putinin köməkçisi: Türkiyə platforma təmin etməyə hazırdır!
22:20 18.06.2026
Aktual
ABŞ İranın raket gücünü məhdudlaşdırmaq istəyir
21:30 18.06.2026
Dünya
Vens: ABŞ İranla razılaşmadan sonra hərbi qüvvələri geri çəkəcək
20:47 18.06.2026
Dünya
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
20:22 18.06.2026
Gündəm
ABŞ İranla bağlı dəniz blokadasını faktiki olaraq ləğv edib
20:11 18.06.2026
Gündəm
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
20:00 18.06.2026
Region
Netanyahu: İsrail qoşunları hələlik Cənubi Livandan çıxmayacaq
19:50 18.06.2026
Dünya
Sosial media, yoxsa valideyn nəzarəti?
19:34 18.06.2026
Texnologiya
Şahbaz Şərifin İsveçrə səfəri ləğv edildi
19:20 18.06.2026
Dünya
Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
19:13 18.06.2026
Gündəm
Ukrayna ilə bağlı danışıqların vaxtıdır - Vadeful
18:18 18.06.2026
Dünya