“Hər şeydən xəbərdar İran xalqı rejimin uydurma ssenarilərinə aldanmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.
“Siz ayıq-sayıq xalq olaraq, İran İslam Respublikasının ssenari quruculuqları və yalan rəvayətlərinə aldanmırsınız, bu rejimin repressiya və cinayətlərinin həqiqətini ürəyinizin dərinliyində bilirsiniz”, - keçmiş şahzadə qeyd edib.
Pəhləvi İran insanının bütün təzyiqlərə baxmayaraq, zülm qarşısında heç vaxt susmadığını bildirib.
“Həmişə İran xalqının yanındayam, işıq sonda zülmət üzərində qələbə çalacaq. Xalqa qarşı cinayət törədənlərin ədalət qarşısında cavab verəcəyinə inanıram”, - o əlavə edib.