İran XİN: ABŞ-nin xalqa yardım bəyanatları yalandır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin İran xalqına yardım etmək istədiyi barədə açıqlamalarını yalan adlandırıb.

Teleqraf xəbər verir ki, Bəqai bu fikirləri CNN telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, ABŞ-nin regiona yeganə yardımı ölüm və dağıntılardan ibarətdir. O, həmçinin Vaşinqtonun İranın enerji infrastrukturuna zərbə endirməklə bağlı təhdidlərini cinayətkar adlandırıb.