
İrana qarşı sanksiyalar sərtləşərsə, digər dövlətlər də hesablaşacaq -Politoloq
08:53 14.02.2025
Dünya
505
Tramp və onun administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır
Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizində İranın Çabahar limanı əhəmiyyətli yerdə dayanır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır.
Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır:

“Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Co Baydenin Prezidentliyi dövründə ABŞ-nin Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-nin də maraqlarına cavab verirdi. Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana humanitar yardımın daşınması maraqlandırmır. Əgər Tramp administrasiyası bu limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu, Hindistanın limanın işlədilməsiylə bağlı strateji və maliyyə maraqlarına zərbə olacaq. Bu vəziyyətin “Şimal-Cənub” nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq”.
Politoloq hesab edir ki, Tramp administrasiyasının İrana qarşı sanksiyaları sərtləşərsə, bununla digər dövlətlər hesablaşmalı olacaqlar. O qeyd edib ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücü ilə işlədilməsi üçün Rəşt-Astara dəmiryolunun tikintisini maliyyələşdirməlidir: “Ancaq müxtəlif dövlətlərin sanksiyalara görə İran üzərindən yükdaşımalar həyata keçirməyəcəkləri halda dəmiryolunun əhəmiyyəti azalacaq. Təsadüfi deyil ki, illərdir Rəşt-Astara dəmiryolu barədə danışılsa da, tikinti hələ başlamayıb.
Hindistanın Baş naziri Narendra Modinin Ağ Evdə Donald Trampla müzakirə edəcəyi başqa mövzular da var. Hindistan ABŞ-dən qırıcı təyyarələr və pilotsuz uçuş aparatları almaq istəyir. Tramp qazanc gətirən mövzulara maraq göstərir və ölkəsinin Hindistana hərbi texnikanın satışının əleyhinə olmayacaq. Tramp ölkəsinin Hindistandan aldığı məhsulllar qədər bu ölkəyə satışı da artırmaq istəyir. Bu, Trampın siyasətində ana istiqamətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə