Sesil Kohler və Jak Paris diplomatik konvoyun müşayiəti ilə İrandan Azərbaycana gətirilib.
"France24" xəbər verir ki, Sesil Kohler və Jak Paris Azərbaycandan Fransaya yola düşəcəklər.
***
17:59
İranda həbsdə olan Fransa vətəndaşları azad edilərək ölkələrinə qayıdırlar.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" platformasında qeyd edib.
“Sesil Kohler və Jak Paris İranda üç il yarımlıq saxlanmadan sonra azaddırlar və Fransaya qayıdırlar”, - o səhifəsində yazıb.
Bildirilir ki, bu xəbər Fransa Milli Assambleyasında deputatlar tərəfindən ayaqüstə alqışlarla qarşılanıb.