İranda seçkilərin favoriti bəllidir: Rəisi qalib olacaq
01:25 18.06.2021
Dünya
654
İyunun 18-də İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçiriləcək. Qanuna əsasən, 17 iyun ölkə üzrə "sükut günü"dür. Qeyd edək ki, İranda COVID-19 pandemiyası səbəbindən səsvermə sosial məsafə və gigiyenik tədbirlər gözlənilməklə keçiriləcək.
Səsvermə saat 07:00-da başlayacaq və 00:00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Seçki Qərargahı səsvermə prosesini gecə saat 02:00-dək uzada bilər. Rəsmi məlumata görə, İranda 59 milyondan çox seçici var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak edəcək. Bir sıra xarici ölkələrdə də seçki məntəqələri yaradılıb. İrandan kənarda yaşayan 3,5 milyon seçici ölkə xaricində səs verəcək. Prezidentlik postu uğrunda 4 namizəd mübarizə aparır - Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi və Mərkəzi Bankın sabiq direktoru Əbdünnasir Himməti. Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir. Namizədlər bərabər səs toplasalar, seçkilərin ikinci turu keçiriləcək. Bəs yeni prezident seçkisinin Azərbaycanla İran əlaqələrinə təsiri olacaqmı?
Politoloq Məhəmməd Əsədullazadə" Şərq"ə açıqlamasında bildirib ki, İranda prezident seçkiləri mühafizəkarların qələbəsi ilə yekunlaşacaq. Onun sözlərinə görə, bu seçkilər əvvəlki seçkilərdən fərqli olaraq bir o qədər də ciddi şəkildə siyasi gündəm olmayacaq:
“Çünki artıq seçkinin favoriti var. Bu, mühafizəkarların lideri İbrahim Rəisidir. Onun qalib olacağı indidən bəllidir. Çünki islahatçıların güclü namizədi seçkilərə buraxılmadı və mühafizəkarlar hazırkı seçkiləri öz nəzarətinə aldılar. Bu da İranda sistem daxili demokratiyanın olmadığını göstərir. Halbuki, İran bu illərə qədər keçirdiyi seçkiləri demokratik seçki adlandırırdı. Qeyd edək ki, islahatçıların mövqelərinə zərbə vurulandan sonra İran əhalisi bu seçkilərdə maraqlı deyil. Əgər islahatçıların namizədi seçkilərə qatılacaqdısa, onların namizədi qalib gələcək. Çünki İran-ABŞ arasında nüvə anlaşması masadadır və iqtisadi sanksiyaların aradan götürülməsi gözlənilir. Bu danışıqları da məhz islahatçılar başlayıb. Amma İbrahim Rəisinin prezident seçilməsi ABŞ-la danışıqlara zərbə vurmayacaq. Nüvə danışıqları davam edəcək. İran da sanksiyaların götürülməsində maraqlıdır”.
M.Əsədullazadə vurğulayıb ki, İbrahim Rəisinin seçilməsi Yaxın Şərqdə aparılan siyasətdə qonşularla münasibətlərin normallaşmasına istiqamətlənəcək:
“Ancaq İran daxilində siyasi repressiyalar artacaq və insan hüquqları sayəsində geriləmələr labüddür. Bundan əlavə, İranda azərbaycanlıların və digər xalqların hüquqları tanınmayacaq. Ötən gün İbrahim Rəisi Təbrizdə çıxışında azərbaycanlılara imtiyazlar tanıyacağını elan etdi. Bu bölgənin inkişaf etdirəcəyinə söz verdi. Təbii ki, bu, seçkiöncəsi səslərin qazanmasına hesablanıb. İbrahim Rəisi seçiləndən sonra, birinci siyasi repressiyaları Təbrizdən və azərbaycanlılardan başlayacaq. Çünki azərbaycanlılar bu bölgənin inkişaf etdirilməsini və milli haqlarını tələb edirlər. İbrahim Rəisi uzun illər məhkəmə hakimi və baş prokuror olaraq məhz bu istiqamətlərdə əsas cəza verən kimi tanınıb. Onun yenidən cəza aparatını dövlət siyasətinə gətirməsi mümkündür. İranın Azərbaycanla əlaqələrinə gəldikdə isə Türkiyə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi İranın əlini-qolunu bağlayacaq. İran çalışacaq ki, Azərbaycanla müəyyən əlaqələri qoruyub saxlasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm