İranda vətəndaşların xarici şəxslər və təşkilatlarla əlaqəsini cinayət hesab edə biləcək yeni qanun layihəsi hazırlanır.
BMT ekspertləri xəbərdarlıq edib ki, layihə qəbul olunarsa, jurnalist, alim və fəallar xarici qurumlarla əlaqəyə görə 30 ilədək həbs cəzası ilə üzləşə bilərlər.
Xarici media ilə ünsiyyət, elmi məlumat paylaşmaq, beynəlxalq konfranslarda iştirak və akademik əməkdaşlıq da məhdudiyyətlərə düşə bilər.
BMT layihənin geri çəkilməsinə çağırıb. Tehran isə təşəbbüsü “ölkəni xarici müdaxilədən qorumaq” məqsədi daşıyan tədbir kimi müdafiə edir.