“İsrail -Fələstin məsələsində Azərbaycan neytral olmalıdır”
Banuçiçək Kalbalıyeva
14:40 16.05.2021
Dünya
724
İsraillə Fələstin arasındakı müharibə region üçün də təhlükə yaradır. Hər halda bəzi ekspertlər belə düşünürlər. Onların fikrincə, hərbi əməliyyatlar çox çəkərsə, Azərbaycan və Türkiyə qəti qərar verməli olacaq. Hərçənd bu, xüsusilə bizim üçün o qədər də asan deyil. Təsadüfi deyil ki, rəsmi Bakı hələlik tərəfsizliyini qoruyur.
Politoloq Tofiq Abbasov tərəflər arasındakı savaş barədə “Sherg.az”a danışdı:
“Yaxın Şərqdəki müharibələr adətən uzunmüddətli olmur. Regionun siyasi xəritəsi, dövlətlərin coğrafi maraqları və s. kimi amillər proseslərə təsir edir. Həm də regionda sıxlıq var. Xalqlar ədavətə rəğmən, bir-birilərindən asılıdırlar. Tərəflər silahı nə qədər tez yerə qoysalar, masa arxasına otursalar, o qədər yaxşıdır. İsrail yerüstü hücuma başlamaqla Fələstini təhdid edir. Lakin buna cəsarəti çatmaz. Çünki belə olsa, bütün dünya ayağa qalxar. Fələstinin tərəfdarları kifayət qədər çoxdur”.
O, həmçinin Azərbaycan və Türkiyənin məsələyə münasibətinə də toxundu:
“Türkiyə Fələstinin haqq işini dəstəkləyir və İsraili işğalçı hesab edir. Çünki həmin ərazilər vaxtı ilə Osmanlı imperiyasının tərkibində olub. Biz isə neytral olmalıyıq. Sosial şəbəkələrdə bəzi tarix və geosiyasət “biliciləri” Fələstində erməni icmasının yaşadığını, orada abidələr tikdiyini əsas kimi göstərirlər. Doğrudur, bu, belədir. Ancaq Fələstin həmişə Azərbaycanın haqq işini dəstəkləyib. Bizim həm İsrail, həm də Fələstin xalqı ilə normal əlaqələrimiz var. Çünki biz Ermənistandan fərqli olaraq uğurlu dövlətik və əlaqələrimiz qarşılığında kimsədən hədiyyə gözləmirik. Silahları öz pulumuzla alırıq. Əlbəttə, Azərbaycanla tərəfdaşlıq İsrail üçün də maraqlıdır. Ən azından ona görə ki, ortada neft amili var. Belə həssas məqamda biz bütün arqumentləri nəzərə alıb məsələyə neytral yanaşmalıyıq. Fikrimcə, rəsmi Bakının hazırkı mövqeyi çox sağlam və praqmatikdir. Biz işğala məruz qalan tərəf kimi müharibənin hansı fəsadlara səbəb ola biləcəyini yaxşı bilirik. Ona görə də ən yaxın zamanda sabitliyin təmin olunmasında maraqlıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə