“Hizbullah” terror təşkilatı bütün Livan ərazisində tərksilah edilənədək İsrail ordusu Livanın cənubundan - təhlükəsizlik zonasında geri çəkilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinin hər gün gücləndirdiyi şəffaf və güzəştsiz siyasət yürüdürük: Hizbullah bütün Livan ərazisində tərksilah edilənədək və Qalileya sakinlərinə qarşı təhdidlər aradan qaldırılanadək İsrail Livandakı təhlükəsizlik zonasından geri çəkilməyəcək”, - nazir bildirib.
İsrael Kats bölgədə yerləşən Əli Tahir yüksəkliklərinin ələ keçirilməsini İsrailin bu region üzərində nəzarətini möhkəmləndirmək istiqamətində mühüm addım kimi qiymətləndirib: “Əli Tahirin ələ keçirilməsi bu məqsədə çatmaq yolunda mühüm addımdır”.
Müdafiə naziri əlavə edib ki, bu əməliyyat Livanın cənubundakı təhlükəsizlik zonası üzərində nəzarətin təmin edilməsi mərhələsinin başa çatdığını göstərəcək:
“Əli Tahirin ələ keçirilməsi qərarı bu ərazidə “Hizbullah”ın komanda-idarəetmə tunellərinin mövcudluğu barədə məlumat əldə edildikdən sonra qəbul olunub. Həmin tunellər Nəbatiyə bölgəsinin müdafiəsi üçün son komanda məntəqəsidir”.