İsrail Ukraynaya hava hücumundan müdafiə sistemi verməkdən imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Ukraynaya "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin verilməsinin qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, İsrailin özünün də silaha böyük ehtiyacı var. Baş nazir məhz buna görə də silahların Ukraynaya verilməsinə imkan yaratmayıb.