İsrailin müdafiə nazirinin Vaşinqtona səfəri ləğv edilib
İsrailin müdafiə nazirinin Vaşinqtona səfəri ləğv edilib
Yusif Sultanoğlu
08:17 26.03.2024
Dünya
408
İsrail müdafiə naziri Yoav Qallantın Vaşinqtona səfərini ləğv edib.
APA BBC-yə istinadən xəbər verir ki, qərar ABŞ-ın BMT TŞ-də Qəzzada atəşkəs çağırışı edən qətnaməni veto etməməsindən sonra qəbul edilib. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ni bu davranışı ilə əvvəlki siyasətini tərk etməkdə ittiham edib.
Belə ki, münaqişə başlayandan ABŞ BMT TŞ-nin döyüşlərə fasilə verilməsi və ya atəşkəsə dair 3 qətnaməsini veto edib, digər iki qətnammə isə Rusiya və Çin tərəfindən veto edilib.
Bazar ertəsi keçirilən səsvermədə ABŞ Ramazan ayının qalan günləri üçün – 2 həftəlik dərhal atəşkəs çağırışı edən, həmçinin girovların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışı edən qətnamə ilə bağlı tərəfsizlik nümayiş etdirib. TŞ-nin Böyük Britaniya da daxil olmaqla digər 14 üzvü qətnamənin lehinə səs verib, nəticədə sənəd qəbul edilib.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Entoni Blinken daha əvvəl Rəfahda quru əməliyyatlarının daha çox mülki şəxsin həlak olması riski yaratdığını və bunun Həması məğlub etmək yolu olmadığını bəyan edib.
Qətnamənin qəbul edilməsindən sonra BMT Baş katibi Antonio Quterreş onun yerinə yetirilməli olduğunu və əksinin bağışlanmaz olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır
20:50 11.03.2026
Dünya
Qətər ABŞ-ı İranla münaqişəni sülh yolu ilə həll etməyə çağırır
20:34 11.03.2026
Gündəm
Tiktoker “Şiva” həbs edilib
20:22 11.03.2026
Hadisə
Aİ Livana 100 milyon avro humanitar yardım ayırır
20:04 11.03.2026
Gündəm
Almaniya XİN rəhbəri sabah Türkiyəyə səfər edəcək
19:55 11.03.2026
Gündəm
Türkiyənin daxili işlər naziri Azərbaycan səfiri ilə görüşdü
19:44 11.03.2026
Siyasət
Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvanda olub - FOTO
19:11 11.03.2026
Gündəm
Türk Hava Yolları İrəvana uçuşlara başlayıb
19:09 11.03.2026
Gündəm
Avropa Şurası Prezidentinin gəlişi səbəbsiz deyil - Fazil Mustafa
18:49 11.03.2026
Gündəm
Tramp: İranla müharibə tezliklə sona çatacaq
18:14 11.03.2026
Gündəm
Türkiyədə 1 tondan çox narkotik maddə aşkarlanıb, saxlanılan var
17:14 11.03.2026
Gündəm
Paşinyan: Naxçıvana bu istiqamətdə yol verməyə hazırıq
17:01 11.03.2026
Cənubi Qafqaz
İspaniya İsraildəki səfirini birdəfəlik geri çağırdı
16:47 11.03.2026
Siyasət