İsveçrədə əhalinin sayının məhdudlaşdırılması təşəbbüsü rədd edildi

İsveçrədə keçirilən referendumda vətəndaşlar ölkə əhalisinin sayının 2050-ci ilədək 10 milyon nəfərlə məhdudlaşdırılması təklifini dəstəkləməyiblər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

İsveçrənin ictimai yayımçısı SRF-in məlumatına görə, seçicilərin 55 faizi təşəbbüsün əleyhinə, 45 faizi isə lehinə səs verib.

Məlumata əsasən, səsvermədən əvvəl aylarla davam edən kampaniya çərçivəsində sağçı siyasi qüvvələr sürətlə artan əhalinin ölkədə sıxlığa səbəb olduğunu və mövcud resurslara əlavə yük yaratdığını bildirirdilər.

Təşəbbüsün müəllifi olan İsveçrə Xalq Partiyası miqrasiya axınının artmasından narahatlığını ifadə edərək, 2050-ci ilə qədər ölkə əhalisinin 10 milyon nəfəri keçməməsini təklif etmişdi.

Hazırda İsveçrədə təxminən 8,6 milyon nəfər yaşayır. Onların təxminən üçdə birini əcnəbilər təşkil edir.