Polşa Prezidenti Karol Navrotski 23-24 iyun 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin X sosial şəbəkə hesabında paylaşılıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Polşa Prezidenti Karol Navrotski 23-24 iyun 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək", - paylaşımda bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Polşa arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər haqqında fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.