Ağ Evin mətbuat katibi Kerolin Livit avqustun sonunda vəzifəsindən ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Amerika lideri "Truth Social"da yazıb: “Ağ Evin gözəl mətbuat katibi və ən çox güvəndiyim köməkçilərimdən biri Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək. O, gözəl azyaşlı uşaqları və ailəsi ilə daha çox vaxt keçirə bilmək üçün bu qərarı verib. Mən bu qərarı tamamilə başa düşür və hörmətlə qarşılayıram!”