Kim misli görünməmiş işə başlayıb
Yusif Nəzərli
10:18 04.11.2021
Dünya
738
Koreya lideri özündən başqa heç kimin xatırlanmasını və ya anılmasını istəmir
O, iqtidar mövqeyində rəqibsiz olduğunu göstərmək üçün atasının və babasının portretlərini yığışdırtdırıb
Kim Çen İn Şimali Koreya liderinin öz ideologiyasına istinad edərək, ictimaiyyəti əvvəlkindən daha çox ona sitayiş etməyə məcbur etməkdə ittiham olunur. Diktator sələflərinin kölgəsindən qurtulmaq üçün ölkə tarixində misli görünməmiş bir işə başlayıb. Son xəbərlərə görə, Şimali Koreya lideri Kim Çen İn özündən başqa heç kimin xatırlanmasını və ya anılmasını istəmir.
Paytaxt Pxenyanda Kim Çen İnin iqtidar mövqeyində rəqibsiz olduğunu göstərmək üçün atasının və babasının portretləri yığışdırtdırıb. Qeyd edək ki, ölkənin əsasını 37 yaşlı liderin babası Kim İr Sen qoyub. 1948-ci ildə o, 20-ci əsrin ən uzun ömür sürən üçüncü siyasi lideri olub. Lakin Cənubi Koreyanın kəşfiyyat agentliyinə görə, Kim İr Sen imici və reputasiyası qurucu lideri kimi Kimin imicini üstələyə bilər. Mütəxəssislərin fikrincə, özünü tərifləyən, ideologiyaya məcbur edən Kimin bu addımı Şimali Koreyada indiyə qədər görülməmiş böyük addımdır. Seuldakı Kookmin Universitetindən Fyodor Tertitski NK News-a bildirib ki, "Mesaj bundan daha aydın ola bilməz. Özünü tərifləyən bir ideologiyaya məcbur etmək Şimali Koreyada daha əvvəl görülməmiş böyük bir addımdır. Kim Çen İn atasının və babasının yaratdığı sistemin bəzi aspektlərini bəyənmir, xüsusilə varisin legitimliyini və onun sələflərinə hörməti ilə əlaqəli olan sistemi. İndiki lider öz avtokratı olmaq istəyir. Şimali Koreya mediası hələ ki, "kimjonqunizm" ifadəsini işlətməyib, lakin Milli Kəşfiyyat Xidməti keçən həftə Seulda qanunvericilərə bu terminin bağlı qapılar arxasında istifadə edildiyini bildirib.
“The Times” yazır ki, “kimjonqunizm” şayiələri demək olar ki, Kimin monarx vəzifəsinə yüksəlməsindən sonra ortaya çıxıb. Bu da onun 10 il ərzində öz idarəçiliyinə inamını əks etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət