ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Floridada Ukrayna böhranının həlli ilə bağlı aparılan danışıqlar sərt, lakin çox konstruktiv şəkildə davam edir.
APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, müzakirələr zamanı münaqişənin sülh yolu ilə həlli ilə bağlı bəzi ən həssas məsələlərə toxunulub.