KİV: ABŞ Zelenskiyə Ermakı işdən çıxarmağı tövsiyə edib

ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Ukrayna lideri Volodmir Zelenskiyə sabiq Ofis rəhbəri Andrey Ermakı işdən çıxarmağı tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri A.Ermakı vəzifədən uzaqlaşdırmağı fevral ayında Ağ Evdə keçirilmiş görüşdən sonra tövsiyə ediblər.

Səbəb kimi onun danışıqlar zamanı tərcüməçi tələb etməsi və ingilis dilinin kifayət qədər səviyyədə olmaması göstərilib.

Qeyd edək ki, noyabrın 28-də Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak vəzifəsindən istefa verib.