KİV: Avropa parlamentinin deputatları Macarıstanın səsvermə hüququndan məhrum edilməsini istəyir
KİV: Avropa parlamentinin deputatları Macarıstanın səsvermə hüququndan məhrum edilməsini istəyir
09:45 16.07.2024
Dünya
472
Avropa Parlamentinin (AP) üzvləri Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna münaqişəsi ilə bağlı sülh missiyasından sonra Macarıstanın səsvermə hüququndan məhrum edilməsini tələb ediblər.
APA xəbər verir ki, bu barədə “Politico” parlamentarilərin müvafiq məktubuna istinadən yazır.
Məktubda 63 deputat Avropa Komissiyasının sədri Ursula Von der Leyen, Avropa Şurasının prezidenti Şarl Mişel və parlamentin rəhbəri Roberta Metsolaya müraciət edib. Onlar Orbanın "şura sədri rolundan sui-istifadə edərək əhəmiyyətli zərər verdiyini" qeyd ediblər. AP nümayəndələrinin sözlərinə görə, Moskva və Pekinə səfərləri zamanı Orban “səlahiyyətlərini təhrif edib”.
“Bu, Macarıstanın şurada səsvermə hüququnun dayandırılması kimi real addımları tələb edir, çünki təcrübə göstərir ki, bu vəziyyətin sadəcə şifahi şəkildə pislənməsi heç bir təsir göstərmir”, məktubda deyilir.
Xatırladaq ki, iyulun 1-dən Macarıstanın Aİ Şurasına sədrliyi başlayıb. Bundan sonra Orban Ukrayna münaqişəsinin həllinə yönəlmiş sülh missiyası ilə bir sıra ölkələrə səfər edib. Onun ilk dayanacağı Kiyev olub, daha sonra Moskva, Pekin və Vaşinqtona gedib. Səfərlərinin nəticələrinə əsasən, Orban Ukraynadakı münaqişənin həlli ilə bağlı Avropa ölkələrinin liderlərinə təkliflər göndərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə