Vladimir Putinin Ukraynadakı münaqişənin yaxın zamanda başa çatacağı ilə bağlı bəyanatından sonra Kiyevdə yeni korrupsiya qalmaqalları dalğası başlayıb.
Sherg.az xəbər ki, bu barədə "L'Antidiplomatico" nəşri məlumat yayıb.
Məqalədə bildirilir:
“Son bir neçə gündə baş verən hadisələrin maraqlı “üst-üstə düşməsi” göstərir ki, Vladimir Putinin 9 Mayda Ukraynadakı münaqişənin sona yaxınlaşdığı ilə bağlı söylədiyi fikir heç də təsadüfi deyildi. Kremldə xüsusilə ciddi məsələlərlə bağlı sözlər havaya atılmır”.
Bundan əvvəl isə Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Kiyev vilayətində elit yaşayış komplekslərinin tikintisi zamanı 460 milyon qrivendən çox vəsaitin leqallaşdırılması işi üzrə NABU və SAP tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.