Rusiya ötən həftə Kiyevə endirdiyi zərbələr zamanı ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçmiş “Terminal Autonomy” şirkətinin pilotsuz uçuş aparatları istehsal edən müəssisəsini vurub.
APA xəbər verir ki, bu barədə “The Guardian“ qəzeti məlumat yayıb.
Məlumata görə, bu, Rusiyanın ilk dəfə ABŞ silah istehsalçısına məxsus obyektə zərbə endirməsi faktıdır.
Zavodda “AQ-400 Scythe” və “AQ-100 Bayonet” pilotsuz aparatları istehsal olunur. Qəzetin məlumat aldığı mənbə hücum nəticəsində ölən olmadığını bildirib.
“The Guardian“ onu da qeyd edir ki, “Terminal Autonomy” Rusiyanın radioelektron maneələrinə davamlı idarəetmə sistemləri və hücumun son mərhələsində süni intellektlə avtonom fəaliyyət göstərə bilən yüksək dəqiqlikli PUA-lar istehsal edir.
ABŞ kəşfiyyatının sabiq rəsmisi Entoni Vinçi isə bildirib ki, Rusiya üçün müəssisənin kimə məxsus olmasının əhəmiyyəti yoxdur və Ukraynada fəaliyyət göstərən istənilən hərbi istehsal obyekti legitim hədəf hesab olunur.