Kiyev vilayətində son sutka ərzində mindən çox partlayıcı zərərsizləşdirilib

Kiyev vilayətində xilasedicilər son sutka ərzində mindən çox partlayıcı zərərsizləşdirib.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk teleqram səhifəsində bildirib.

Onun sözlərinə görə, aprelin 9-da xilasedicilər rayon ərazisində 58,87 hektar əraziyə, 52 infrastruktur obyektinə, 33 elektrik xəttinə və 2 kilometr qaz xəttinə baxış keçirib.

Minatəmizləmə işləri nəticəsində 1141 partlayıcı maddə zərərsizləşdirilib.

Ümumilikdə, bütün iş müddətində mütəxəssislər 10 566 partlayıcı obyekti zərərsizləşdiriblər.

Kiyev vilayətində minalardan təmizləmə işləri davam edir.