Köçəryana Ermənistanı tərk etməyə icazə verilməyib

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ölkədən çıxışına icazə verilmədiyi bildirilir.

Sherg.az xəbər verir ki, bu barədə Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.

Onun sözlərinə görə, sabiq prezident şəxsi səfər məqsədilə üç günlük xarici ölkə səfərinə yollanmaq istəyərkən İrəvandakı Zvartnots hava limanında ölkəni tərk edə bilməyib. Mikoyan iddia edib ki, Köçəryanın ölkədən çıxışına heç bir rəsmi izahat verilmədən qadağa qoyulub.

O, həmçinin mövcud hakimiyyəti tənqid edərək bu addımın qanunun pozulması olduğunu bildirib və Ermənistanda demokratik prinsiplərin vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.

Ermənistan rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.