Körpə kitabxanası: Həftənin hər günü açıqdır
Yusif Sultanoğlu
07:48 01.05.2024
Dünya
527
Türkiyənin Qaziantep bölgəsində körpələr üçün kitabxana fəaliyyət göstərir. Adı kitabxana olsa da, təkcə bu məqsədə xidmət etmir, burada oyun zalı, sənət, nağıl aləmi, nitq inkişafı kimi şöbələr də var. Əhatəli bir yer olduğundan son zamanlar anaların körpələriylə birlikdə tez-tez ziyarət etdikləri məkana çevrilib.
“Sherg.az” “aa.com.tr”yə istinadən xəbər verir ki, körpə kitabxanası Qaziantep bələdiyyəsi tərəfindən qurulub. Məqsəd uşaqların kiçik yaşlarından kitablarla tanış olması, oxu vərdişlərinə yiyələnmələri, nitqlərinin inkişafını təmin etməkdir. Kitabxanaya gəlmək istəyənlər onlayn qaydada müraciət edə bilirlər. Kitabxana həftənin hər günü açıqdır. Burada 5 min kitab toplanıb. Bura gələnlər fərqli məkanlarda övladlarıyla istədikləri kimi vaxt keçirirlər. Kitabxanada yaşlarına uyğun körpələrə yazı vərdişləri də öyrədilir. Bu, valideynlərin istəyinə bağlıdır. Validyen körpəsinin hansı şöbədə olmasını, harada əylənçəsini istəyirsə, ora yönləndirilir. Kitabxanada nitq pozuntusu olan uşaqlara da təlim keçilir. Bugünədək kitabxanını 10 min ailə ziyarət edib. Kitabxana 6 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulub. Valideynlər burada övladlarının ad gününü də qeyd edir. Körpələrsə həm əylənir, həm də müəyyən vərdişlər qazanırlar. Hər ailənin övladını bütün lazımi vəsaitlər, müxtəlif oyuncaqlarla təmin etmək, ödənişli oyun zallarına aparmaq imkanı yoxdur. Bu kitabxanada isə uşaqlar nağıl qəhrəmanlarıyla qarşılaşır, mahnılara qulaq asır, oyunlarda iştirak edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm