Lavrov: Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil
10:03 14.01.2025
Dünya
397
Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.
Lavrov Rusiya Baş naziri müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb.
O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır".
Qeyd edək ki, Overçuk Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirə prosesinə başlamasını, İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini açıqlayıb.
Lavrov Avropa İttifaqına üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb.
Rusiya XİN başçısı Ermənistanın KTMT-dəki iştirakını dondurmasından da danışıb. Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurmayıb, sadəcə bu təşkilatın tədbirlərdə sadəcə iştirak etmir.
Lavrov rəsmi İrəvanın bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqələndirib. Vurğulayıb ki, İrəvan o zaman KTMT-nin müttəfiq kimi Ermənistana köməyə gəlmədiyini iddia edib.
Rusiya XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmadığını, yəni Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsinin məlum olmadığını söyləyib.
Lavrov Ermənistanın KTMT missiyasından imtina etməsini xatırladıb. Bildirib ki, rəsmi İrəvan Avropa İttifaqının missiyasını dəvət edib: "Bizdə olan məlumata görə, həmin müşahidəçilər Ermənistanın deyil, özlərinin maraqları ilə məşğuldurlar".
Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya