Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Vaşinqtonun Ukraynaya və onun Rusiyaya qarşı hücumlarına dəstəyini müzakirə etdiyini bildirib.
Sherg.az xəbər verir ki, Lavrovun sözlərinə görə, o, Rubiodan ABŞ-ın Rusiyanın ərazisinə endirilən zərbələri nə qədər müddət təşviq edəcəyini soruşub. Rubio isə əsas məqsədin Rusiya və Ukrayna arasında danışıqların mümkün qədər tez başlaması olduğunu bildirib.
Lavrov qeyd edib ki, Rusiya ilə Ukrayna arasında dialoq artıq ötən il Alyaskada başlamışdı. O, həmçinin ABŞ və Avropa ölkələrinin Ukrayna məsələsində mövqeləri arasında müəyyən fərqlərin olduğunu vurğulayıb.
Rusiya XİN rəhbəri bildirib ki, Qərbin dəstəyi olmadan Kiyevin Rusiya ərazisindəki mülki infrastruktura və əhaliyə qarşı hücumlar həyata keçirməsi mümkün olmazdı.