Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində regiondakı mövcud vəziyyəti və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcək.
“Teleqraf” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə məlumat verib.
M. Zaxarovanın sözlərinə görə, Rusiya XİN rəhbəri 17-18 aprel tarixlərində keçiriləcək Antaliya Diplomatiya Forumunda iştirak edəcək:
"Səfər çərçivəsində S. Lavrovun türkiyəli həmkarı və digər ölkələrin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərin gündəliyinə Cənubi Qafqazda sülhün təmin olunması, Yaxın Şərqdəki mövcud gərginlik və digər aktual regional mövzular daxildir".