Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukraynadakı rusdilli vətəndaşların hüquqlarının tam bərpası üçün zəruri olan hər şeyi etdiyini bildirib.

Teleqraf Rusiya KİV-nə istinadla xəbər verir ki, nazir vurğulayıb ki, Kiyev rejimi Krım, Donbas, Novorossiya və Ukraynanın digər nəzarətində olan ərazilərində yaşayan rusdilli əhalinin həm dil, həm də dini hüquqlarını kobud şəkildə pozur.