Liviyada prezident seçkilərinin təxirə salınması vəziyyəti gərginləşdirib
10:45 26.12.2021
Dünya
522
Uzun illər vətəndaş müharibəsi şəraitində yaşamış və bir il əvvəl silahlı münaqişə tərəfləri arasında atəşkəsə nail olunmuş Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkiləri baş tutmayıb. Bu ölkənin parlamenti hazırkı gərgin vəziyyətdə bu mühüm demokratik addımı mümkün hesab etmir.
AZƏRTAC xəbər verir ki, Liviyanın Mərkəzi Seçki Komissiyası seçkiləri yanvarın 24-də keçirməyi təklif etsə də, bunun həmin tarixdə baş tutacağı da böyük şübhə altındadır. Dekabrın 25-də Misir və Rusiya prezidentləri Əbdülfəttah əl-Sisi və Vladimir Putin Liviyadakı vəziyyəti müzakirə ediblər. Misir Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib ki, iki lider bu ölkədə vəziyyətin sabitləşməsi və seçkilərin keçirilməsi istiqamətində səyləri gücləndirmək üzrə razılıq əldə ediblər.
Seçkilərin təxirə salınması ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya hökumətləri də birgə bəyanat yayıblar. Sənəddə Liviyada keçmiş silahlı münaqişə tərəfləri xalqın seçki hüquqlarını təmin etməyə, prezident seçkilərinin dəqiq vaxtını razılaşdırmağa dəvət edilib.
Prezident seçkiləri Muammər Qəddafinin 2011-ci ildə qətlə yetirilməsindən sonra vətəndaş müharibəsi meydanına çevrilən Liviyada sabitliyin və təhlükəsizliyin bərpası istiqamətində mühüm addım sayılır. Namizədlər arasında Tripoliyə qarşı vuruşmuş ordunun komandanı general Xəlifə Haftar, Qəddafinin oğlu Seyf əl-İslam, hazırkı keçici hökumətin başçısı Əbdülhəmid Dbeibah var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region