Londonda məhkəmə: oliqarxın keçmiş arvadı ondan 7 milyard dollar tələb edir
05:50 12.12.2021
Dünya
470
Rusiyalı milyarder-oliqarx Vladimir Potanin keçmiş arvadı Natalya Potanina ilə London məhkəməsində çəkişir. Buna səbəb milyarderin təxminən 10 il əvvəl boşandığı keçmiş arvadının ona qarşı qaldırdığı təzminat iddiasıdır. Natalya Potanina tələb edir ki, keçmiş ərinin sərvəti yarıya bölünsün və bir hissəsi ona verilsin. Vladimir Potaninin sərvətinin 14 milyard dolları keçdiyi nəzərə alınarsa bu, 7 milyard dollarlıq iddia deməkdir və tarixdə ən bahalı boşanma təzminatı iddiası hesab edilə bilər.
Vladimir Potanin "Nornikel" şirkətinin səhmdarıdır və digər iri biznes aktivləri var. O, Rusiya məhkəməsinin qərarına əsasən boşandıqdan sonra keçmiş arvadına 82 milyon dollar təzminat ödədiyini bildirir, lakin Natalya iddia edir ki, bu məbləğin ancaq yarısını alıb.
Sherg.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya hüquqşünaslar Assosiasiyasının üzvü Dmitri Uvarov "Kommersant"a bildirib ki, Potanin keçmiş arvadının Londonda boşanma təzminatı iddiası qaldırmağa hüququ yoxdur. Onun sözlərinə görə, nigahın Rusiyada pozulmasından sonra Natalya Potaninanın London məhkəməsinə müraciət etməsi təsdiqlənərsə o zaman milyarderin əmlakının bölünməsi iddiası təmin olunmaya bilər.
Potaninin aktivləri birbaşa onun öz adına deyil, ofşorlarda qeydə alınmış investisiya fondlarına məxsusdur. Amma London məhkəməsi üçün bu problem deyil, orada investisiya fondlarında gizlədilmiş aktivləri sürətlə aşkar edə bilirlər.
Hüquqşünaslara görə, Natalya Potaninanın məhkəməni udmaq şansları yüksəkdir, lakin London məhkəməsinin qərarının icrasının nə dərəcədə mümkün olacağı aydın deyil. Hər halda qərar Potaninaya problemlər yaradar, məsələn, Böyük Britaniyada "Nornikel"in aktivləri aşkarlansa onların dondurulması baş verə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət