Lukaşenko Belarusda qiymət artımına qadağa qoydu

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımına qadağa qoyub.

Teleqraf xəbər verir ki, Lukaşenko bu barədə hökumətin iqtisadi blokunun üzvlərilə görüşü zamanı bildirib .

"Ayın 6-dan hər hansı qiymət artımı qadağandır. Qadağandır! Bu gündən. Sabah yox, bu gündən. Qiymətlər bir gecədə bahalaşmasın. Allah eləməsin ki, kimsə hansısa hesablamalar aparsın", - prezident deyib.

Oktyabrın 3-də Minsk vilayətindəki Soliqorsk quşçuluq fabrikinə səfəri zamanı Lukaşenko regionun rəhbərliyini daha az danışmağa və daha çox iş görməyə çağırıb.