Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm

“Belarusun Ukraynadakı münaqişəyə dair qiymətləndirilməsində müəyyən xüsusiyyətlərə baxmayaraq, həmişə Rusiyanın yanında olacaq və xəyanət etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Əlbəttə, Ukraynadakı münaqişənin qiymətləndirilməsi məsələsində mənim müəyyən xüsusiyyətlərim var. Bəli, münaqişənin ayrı-ayrı tərəfləri ilə bağlı mənim öz yanaşmam var, amma biz həmişə ümumi xəttimizə sadiq qalacağıq. Əgər Rusiya rəhbərliyi qərar qəbul etsə, orada baş verənlərə dair baxışımızdakı xüsusiyyətlərə baxmayaraq, həmişə sizinlə olacağıq. Biz heç vaxt xainlik etməmişik”, - Lukaşenko Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən hökumətlərin rəhbərləri ilə görüşdə bildirib.

O vurğulayıb ki, Ukrayna mövzusunu tez-tez Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edir: “Bizim yanaşmalarımız daha ölçülü-biçilidir: həm o, həm də mən döyüş meydanında nələrin baş verdiyini bilirik”.