Lukaşenkonun proqnozları reallığı əks etdirmir
02:24 23.11.2021
Dünya
770
NATO da, Rusiya da nüvə müharibəsinin nəylə nəticələnəcəyini yaxşı anlayır
Belarus Prezidenti Aleksandr Lukaşenko NATO-nu nüvə müharibəsi ilə hədələyib. O, BBC-yə müsahibəsində bildirib ki, Qərb dövlətləri hələ də İkinci Dünya müharibəsi zamanı verdiyi itkilərə görə Belarusa borcludurlar, buna baxmayaraq yenidən dövlətin ərazisinə soxulub orada hərbi əməliyyatlara başlamağa çalışırlar: “Siz başa düşməlisiniz ki, Belarusda müharibə başlasa, NATO və Rusiya müdaxilə edəcək və bu, nüvə müharibəsi olacaq”.
Məsələyə münasibət bildirən politoloq Yeganə Hacıyeva “Şərq”ə açıqlamasında vurğulayıb ki, Lukaşenkonun nüvə müharibəsinə cəlb edilməklə bağlı fikirlərini birmənalı olaraq onun bu mövzuda növbəti spekulyasiyası adlandıra bilərik. Politoloq qeyd edib ki, daha öncələr Lukaşenkonun səsləndirdiyi bu fikirləri Rusiyanın hökumət nümayəndələrindən, xüsusilə Rusiya hökumətinin Avropa Parlamentində və yaxud da AŞ PA-da nümayəndə heyətlərinin rəhbərlərindən dəfələrlə eşitmişik:
“Məsələ ondadır ki, istər NATO, istərsə də Rusiya nüvə müharibəsinin onlar üçün nə ilə nəticələnəcəyini yaxşı anlayır. Məhz bu səbəbə görə də onlar heç bir halda belə riskə getməyəcəklər. Onu da qeyd edim ki, müasir dünyada nüvə təhdidlərinin daim olacaq. Bu, heç vaxt da təhdid olunmadan uzağa getməyəcək və həmişə də təhdid formasında səslənəcək. Müasir dünyada nüvə silahının istifadəsi, təhdidlərin reallaşaraq həyata keçməsiylə bağlı səslənən ehtimallarının heç birinə inanmıram. Çünki tarixdə cəmi bir dəfə müharibədə nüvə silahının istifadəsi baş tutub və bunun fəsadlarını istər istifadə edən ABŞ, istərsə silah satan Yaponiya çəkir. İlk dəfə ABŞ Yaponiyaya qarşı nüvə başlıqlı silahlarından istifadə edib. Etiraf etmək lazımdır ki, onun nə təbiətə vurduğu fəsadlar, nə də ki, siyasi fəsadları ABŞ üçün hələ də bitməyib”.
Politoloqun sözlərinə görə, Qərb ölkələri Belarusun üzərinə müəyyən sanksiyalar tətbiq edir və bu sanksiyaların hələ də davam edəcəyi gözlənilir: “Ən azından hazırda mesajlar bu istiqamətdə verilib. Lukaşenko belə mövzunun açılmasıyla, qiyabi olaraq bizim üzərimizə gəlməklə, “Rusiyanı qıcıqlandıra bilərsiniz, təhrik edə bilərsiniz” və s. kimi fikirlər səsləndirməyə çalışır. Amma ABŞ, Rusiya və NATO ölkələrinin bir çoxunun da bir-birinə qarşı həll edilməmiş çoxlu sayda problemləri var. Bu gün bu problemlərin həll edilməsi istiqamətində, qarşılıqlı güzəştlər hesab edə biləcəyimiz işartıları izləmirik. Rusiya heç bir halda geri çəkilmək istəmir, əksinə, bütün konfrantasiyalar mövcud olan sahələrdə NATO-nun Avropadakı müttəfiqlərini qıcıqlandıracaq addımlar atır. Qərb ölkələri, NATO ölkələri, NATO-nun Avropadakı tərəfdaşları, Alyansın müttəfiqləri və s. Rusiya ilə müttəfiqlərdə daha çox artan ritorika üzrə danışırlar, nəinki azalan. Amma bu, heç bir halda nüvə başlıqlarının istifadəsi, nüvə silahının istifadəsi ilə nəticələnə bilməz. Onsuz da müasir dünyada dövlətlərə qarşı təsir alətləri kardinal dəyişib. Yeni texnoloji resurslar vasitəsilə ölkələri kənardan izləmək, ölkələrin cəmiyyətlərdəki gündəmini dəyişmək, cəmiyyətlərdə günbəgün süni üsullarla artan aqressivliyi hökumətlərə yönəltmək, danışıqlarını bu və ya digər istiqamətlərdə yönləndirmək mümkündür. Hesab edirəm ki, bu kənar məqsədlərə xidmət edən mövzularda kifayət qədər effektiv mübarizə üsuludur. Yeni dünya düzəni adlandırdığımız reallıqda hərbi məqsədlərə, qeyri-hərbi üsullarla çatmaq kimi alətlər formalaşıb. Buna görə də nüvə silahından istifadəyə sadəcə əsas yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya