Macarlar Aİ-də ən az maaş alan ölkədir
05:51 04.04.2021
Dünya
552
Avropa İttifaqına üzv dövlətlərdə əmək haqqı çox fərqlidir. Üstəlik, bu fərq hər il artır. Şərqi postsosialist ölkələri ilə müqayisədə Avropanın qərbində əmək haqqı daha yüksəkdir.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosu - Avrostat 2020-ci il üzrə məlumatları dərc edib. Aİ-də 2020-ci ildə saathesabı ödəniş orta hesabla 28,5 avro təşkil edib.
Bu siyahıdakı ölkələr sırasında hər iş saatına görə, orta hesabla 6,56 avro ödənilən Bolqaristan sonuncu yerdədir. Bir iş saatına görə 8,1 avro əmək haqqı ödəyən Rumıniya bu siyahıda sonuncudan əvvəlki yerdədir. Ötən illə müqayisədə müvafiq göstəricilərin pisləşməsi nəticəsində bir saat işə görə 9,9 avro əmək haqqı ödəyən Macarıstan sözügedən siyahıda sondan üçüncü pillədə yerləşib. Macarıstan bir il bundan əvvəl həmin siyahıda Latviyadan sonra üçüncü yerdə olub. Lakin Latviyanın ötən il öz göstəricilərini yaxşılaşdırması nəticəsində Macarıstan siyahıda üçüncü yerə enib. Macarıstanın qonşuları arasında ən yaxşı göstəricilər Avstriyaya məxsusdur. Burda bir saatlıq iş, orta hesabla 36,7 avro dəyərində qiymətləndirilir. Bu, Macarıstana nisbətən təxminən dörd dəfə yüksəkdir. Macarıstanı bu siyahıda həmçinin Slovakiya (13,4 avro), Sloveniya (19,9 avro) və Xorvatiyanı (10,8 avro) qabaqlayır.
Siyahıya Danimarka başçılıq edir. Burada zəhmətkeşin iş saatı 45,8 avroya dəyərləndirilir. Bir saat işə görə 40 avro ödəyən Lüksemburq, Belçika, İslandiya və Fransa bu siyahıda ikinci-beşinci yerləri bölüşürlər.
Avrostatın hesabatında kənd təsərrüfatı və dövlət idarəçiliyi istisna olmaqla iqtisadiyyatın bütün sahələri öz əksini tapıb. Bundan əlavə, 10 nəfərdən az işçisi olan kiçik müəssisələr bu hesabatda nəzərə alınmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya