ABŞ-də həbsdə olan Venesuela prezidenti Nikolas Maduro ölkə hakimiyyəti ilə müxalifət arasında başlanacaq siyasi dialoqu alqışlayaraq, bunun sülh və milli həmrəyliyə töhfə verəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Nikolas Maduro "X" sosial şəbəkəsində paylaşdığı mesajda bildirilib.
O, Venesuelada sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən istənilən dialoq təşəbbüsünü dəstəklədiyini qeyd edib.
"Biz sülhün, dinc birgəyaşayışın və venesuelalılar arasında yaxınlaşmanın möhkəmlənməsinə xidmət edən istənilən dialoq yolunu alqışlayırıq. Gəlin avqustu böyük nailiyyətlər, səmimi həmrəylik, dialoq və mənəvi dirçəliş ayına çevirək", – deyə Maduro bildirib.
Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges isə avqustun 1-də açıqlayıb ki, gələn həftə 2015-ci il çağırışlı müxalifət parlamentinin deputatları ilə siyasi dialoq başlayacaq.