Makron Trampla İran ətrafındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla İran ətrafındakı vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Bu gün Makron hımçinin İordaniya kralı II Abdullah, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla da məsləhətləşmələr aparıb.