ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun strateji rəqiblərinin təkqütblü dünya nizamını pozmaq üçün sistemli səylərindən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Substack platformasındakı məqalədə qeyd edilib.
Rubio bunun son illərdə ABŞ-nin xarici siyasət mövqelərinin zəifləməsi fonunda baş verdiyini iddia edib.
"Bizim siyasi kursumuz ABŞ diplomatik fəaliyyətinin pisləşməsinə imkan yaradıb, strateji rəqiblərimiz isə təkqütblü dünya nizamını dağıtmaq üçün amansızcasına çalışmağa başlayıblar", - Rubio mətbuatla söhbətində bildirib.
O, vurğulaypıb ki, ABŞ-nin milli maraqları beynəlxalq strukturların təsiri nəticəsində zərər görüb, praqmatizm və meritokratiya isə idealizmə və radikal ideyalara yol açıb.