Marko Rubionun Ermənistana səfəri başa çatdı - YENİLƏNİB

ABŞ dövlət katibi Maro Rubionun Ermənistana səfəri başa çatıb.

***

16:06

ABŞ-nin dövlət katibi Marko Rubio Ermənistana səfər edib.

Teleqraf Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir qədər əvvəl onun təyyarəsi "Zvartnots" beynəlxalq hava limanına enib.

ABŞ-nin xarici siyasət idarəsinin rəhbərini hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.

Hazırda nazirlər arasında görüş keçirilir. Görüşün yekununda ikitərəfli sənədlərin imzalanması gözlənilir.