Şərqi Aralıq dənizində yerləşən Britaniya hərbi gəmisi Livan ərazisindən atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” telekanalı məlumat yayıb.
Məlumata görə, “Hizbullah” Livan sahillərindən təxminən 70 dəniz mili məsafədə olan Britaniya gəmisini İsrail gəmisinə bənzədərək atəş açıb.
Telekanalın qeydinə görə, İsrail tərəfinin ilkin qiymətləndirməsinə əsasən, raket gəmiyə müəyyən zərər yetirib.