Medvedev: Rusiyaya qarşı döyüşən Qərb mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək
Medvedev: Rusiyaya qarşı döyüşən Qərb mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək
08:06 31.05.2024
Dünya
380
Rusiyaya qarşı döyüşən bütün Qərb hərbi texnikası və mütəxəssisləri təkcə Ukraynada deyil, digər ölkələrdə də məhv ediləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O qeyd edib ki, NATO ölkələrinin Rusiyaya qarşı fərdi yardımı, istər raketlərə nəzarət, istərsə də qoşun göndərmək, ciddi eskalasiya yaradacaq və ardınca elə bir qüvvənin cavabı olacaq ki, alyansın özü də münaqişəyə cəlb olunmağa müqavimət göstərə bilməyəcək.
Bununla bağlı Medvedev vurğulayıb ki, Qərb Rusiyanın taktiki nüvə silahından istifadə etməməsini səhv hesablaya bilər. "Bu, ölümcül səhv olacaq", - deyə Medvedev qeyd edib.
Dmitri Medvedev əmin edib ki, əgər Ukrayna Rusiya ərazisində, o cümlədən Krımda və ya Donbasda uzaq mənzilli silahlardan istifadə edərsə onların bütün hərbi texnikası və mütəxəssisləri “həm keçmiş Ukrayna ərazisində, həm də digər ölkələrin ərazisində, əgər oradan Rusiya ərazisinə hücumlar edilərsə” məhv ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat