ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp, ilk olaraq öz sənədli filmini hazırlayan bir film istehsalı şirkəti qurub. Birinci xanımın şirkət üçün seçdiyi ad da diqqət çəkib.
Sherg.az xəbər verir ki, Melania Tramp Hollivud dünyasına daxil olur. ABŞ-nin Birinci xanımı, öz istehsal şirkəti olan "Muse Filmsi" qurduğunu və ilk film layihəsi olan “Melania” adlı sənədli filmi yaxın zamanda yayımlayacağını açıqlayıb.
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, X platformasında paylaştığı mesajla Muse Films-i dünyaya tanıdan qısa bir fragman da yayımlayıb. Melania Trampın şirkəti üçün seçdiyi ad diqqət çəkib. “Muse” eyni zamanda Donald Trampın prezidentliyinin ilk dövründə Gizli Xidmət tərəfindən istifadə edilən kod adı olub.
Rejissor Brett Ratner, Melania Trampın 2025-ci il prezident andiçmə mərasimindən əvvəlki həftələrdə yaşadıqlarının pərdə arxasını göstərəcək sənədli filmin rejissorluğunu üzərinə götürüb. Film, Melania Trampın ailəsi ilə birlikdə ikinci dəfə ictimai həyata qayıdarkən yaşadığı gündəlik çətinliklərlə mübarizəsini mövzu alır. Filmdə Donald Tramp və oğulları Barron da yer alacaq.
Sənədli film 30 yanvar tarixində ABŞ kinoteatrlarında nümayiş olunacaq və daha sonra rəqəmsal platformalarda yayımlanacaq.