Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi

İtaliyanın Baş naziri Corca Meloni seçkiqabağı mövqelərini gücləndirmək üçün sərt miqrasiya siyasətini yenidən ön plana çıxarıb.

Sherg.az xəbər verir ki, Vannaccinin yaratdığı ifrat sağçı “National Future” partiyasının reytinqinin 7 faizi keçməsi Meloninin koalisiya ortağı olan “Liqa” partiyasını geridə qoymasına səbəb olub.

Siyasi analitiklər hesab edirlər ki, Meloninin sərtləşən ritorikasının əsas səbəbi Vannaccinin yüksəlişidir. Meloni qanunsuz miqrasiya ilə mübarizədə “bir millimetr belə geri addım atmayacağını” bildirib.

Meloni ilə Vannacci arasındakı əsas fikir ayrılıqlarından biri isə Ukrayna məsələsidir. Meloni Kiyevə dəstəyini davam etdirir, Vannacci və “Liqa” isə Rusiyaya münasibətdə daha yumşaq siyasətin, Ukraynaya hərbi yardımın azaldılmasının tərəfdarıdır.