Mərkəzi Asiyadakı proseslərdə Rusiya “izi”:“Turan birliyi ilə bağlı narahatlıq...”
Banuçiçək Kalbalıyeva
13:28 05.05.2021
Dünya
666
Qırğızıstanla Tacikistan arasındakı qarşıdurma Mərkəzi Asiyada vəziyyəti gərginləşdirdi. Bir neçə gün davam edən insidentdən sonra tərəflər arasında nisbi sakitlik yaransa da, proseslərin bundan sonra necə inkişaf edəcəyi məlum deyil. Ən azından ona görə ki, regionun iki dövləti arasında münaqişələr yeni deyil. Tərəflər keçən əsrin 60-cı illərindən etibarən bir-biriləri ilə, belə demək mümkünsə, höcətləşirlər. Səbəb isə su hövzəsinə nəzarətdir. Daha doğrusu, bu, aysberqin görünən tərəfidir…
Siyasi analitik Samir Hümbətov tərəfər arasındakı gərginlik barədə “Sherg.az”a danışdı:
“Hadisələri müntəzəm olaraq izləyirəm. Qismən olsa da, hələ tam sakitlik yoxdur. Lakin münaqişənin davamlı olacağını və daha ağır fazaya keçəcəyini düşünmürəm. Çünki proseslərə digər dövlətlərin, o cümlədən Çinin, Türkiyənin və Rusiyanın müdaxiləsi var. Bundan sonra da olacaq. Həmin ölkələr bölgədə münaqişənin alovlanmasını istəmir. Düzdür, müharibənin başlanmasında bəzi maraqlı qüvvələr də var. Lakin bütün hallarda genişmiqyaslı savaşın start götürəcəyini güman etmirəm. Həm də ona görə ki, Qırğızıstan rəhbərliyi hərbi əməliyyatların aktivləşməsini istəmir. O, bununla bağlı bəyanat da verib. Bir müddət sonra münasibətlər normallaşacaq. Hər halda tatix boyu belə qarşıdurmalar olub”.
S.Hümbətov, həmçinin proseslərdə Rusiyanın “əli olduğunu” dedi:
“Kreml baş verənlərdə birbaşa maraqlıdır. Şimal qonşumuz “arxa bağçası” hesab etdiyi regionda problem yaşanmasını istəmir. Çünki həm Qırğızıstan, həm də Tacikistan Rusiyanın dominant mövqe tutduğu KTMT-nin üzvüdür. Bununla belə, Moskvanın “pərdəarxası” mesajı da var: demək istəyir ki, mən regionda olmasam, sabitlik yaranmaz, vəziyyət daha da ağırlaşar.
Rusiya, həmçinin tərəflər arasındakı sərhədi öz nəzarətində saxlamaq niyyətindədir. İkinci bir tərəfdən isə, şimal qonşumuzda Turan birliyi ilə bağlı narahatlıq var.
Bu barədə həm Rusiyanın Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi bəyanat verib. Məhz Turan birliyinin yaranmasına mane olmaq üçün belə məsələlərlə “baş qatır”, prosesi ləngidirlər. Lakin heç bir qüvvə Turan birliyinin yaranmasının qarşısını ala bilməz. Bir müddətdən sonra hazırkı reallıq aradan qalxacaq, Qırğızıstanla Tacikistan arasında münasibətlər normallaşacaq.
Lakin zaman-zaman lokal toqquşmaların olması da istisna deyil. İki türk dövləti arasında sərhəd elədir ki, hər an etnik münaqişə başlana bilər. Daimi sabitlik yarataq üçün isə tərəflər böyük əmək sərf etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət